...

Sərhədçilər narkotik bağlaması aşkarlayıblar (FOTO)

Hadisə Materials 15 Aprel 2022 09:35 (UTC +04:00)
Sərhədçilər narkotik bağlaması aşkarlayıblar (FOTO)

Bakı. Trend:

Aprel ayının 13-də saat 21:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində "Toyota Corolla" markalı 77-FE-378 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən bir nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, ərazidən uzaqlaşmağa cəhd edən şəxs sərhəd naryadı tərəfindən saxlanılmış, onun Ağdam rayon sakini 1967-ci il təvəllüdlü Kərimov Qabil Tabil oğlu olması müəyyənləşdirilmişdir.

Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisindən ümumi çəkisi 1885 qram olan narkotik vasitəyə (1770 qram “heroin” və 115 qram “marixuana”) bənzər maddələr aşkarlanaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti