...

Kürdəmirdə ağır qəza olub, ər-arvad ölüb

Hadisə Materials 25 Aprel 2022 10:10 (UTC +04:00)
Kürdəmirdə ağır qəza olub, ər-arvad ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə aprelin 23-də saat 13 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində baş verib. Bakı şəhər sakini Pərviz Qafarov idarə etdiyi “Toyota” markalı avtomobili beton yol ayırıcısına vurub.

Hadisə nəticəsində sürücü və sərnişini olan həyat yoldaşı Afət Qafarova hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti