...

Biləsuvarda ağır qəza, ölən və yaralananlar var

Hadisə Materials 28 Aprel 2022 09:48 (UTC +04:00)
Biləsuvarda ağır qəza, ölən və yaralananlar var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə aprelin 27-də saat 11 radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində baş verib.

İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub.

Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.

Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti