...

Cəlilabadda keçmiş məhkum həmkəndlisini baltaladı

Hadisə Materials 28 Aprel 2022 09:56 (UTC +04:00)
Cəlilabadda keçmiş məhkum həmkəndlisini baltaladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda keçmiş məhkum həmkəndlisini balta ilə öldürməyə cəhd edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti