...

Laçında minaya düşən fəhlə vəfat edib

Hadisə Materials 30 Aprel 2022 11:05 (UTC +04:00)
Laçında minaya düşən fəhlə vəfat edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Laçın rayonunda minaya düşən fəhlə vəfat edib.

Trend-in məlumatına görə, mina partlayışı nəticəsində ağır bədən xəsarətləri diaqnozu ilə Bakıya gətirilən 1992-ci il təvəllüdlü Pərvin Salahov Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

P. Salahov hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti