...

Qubada ata oğlunu qətlə yetirib

Hadisə Materials 2 May 2022 20:45 (UTC +04:00)
Qubada ata oğlunu qətlə yetirib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Trend-ə bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti