...

Şəmkirdə iki yük avtomobili toqquşdu, ölənlər var

Hadisə Materials 5 May 2022 10:41 (UTC +04:00)
Şəmkirdə iki yük avtomobili toqquşdu, ölənlər var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkirdə ağır yol qəzası olub.

Trend-in məlumatına görə, hadisə mayın 4-də saat 19 radələrində Şəmkir şəhəri ərazisində qeydə alınıb.

Rayon sakini T.Cəfərov və Elsevər Muxtarovun idarə etdikləri iki yük avtomobili toqquşub. Nəticədə E.Muxtarov və sərnişini Asif Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti