...

Bakıda sərxoş şəxs özünü dənizə atdı

Hadisə Materials 5 May 2022 10:58 (UTC +04:00)
Bakıda sərxoş şəxs özünü dənizə atdı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda sərxoş şəxs özünü dənizə atıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda baş verib. Ərazidə bir nəfər sərxoş vəziyyətdə özünü dənizə atıb.

Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs xilas edilib.

Onun Quba rayon sakini Novruz Novruzov olduğu müəyyən edilib.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.
Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti