...

Sərxoş halda idarə etdiyi avtomobillə 12 yaşlı uşağı öldürən şəxsə hökm oxunub

Hadisə Materials 5 May 2022 15:27 (UTC +04:00)
Sərxoş halda idarə etdiyi avtomobillə 12 yaşlı uşağı öldürən şəxsə hökm oxunub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə azyaşlının ölümünə səbəb olan Anar Hacaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Anar Hacaliyev 5 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, A.Hacalıyev Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edərkən yolun kənarında dayanan 12 yaşlı uşağı vurub. Hadisə nəticəsində azyaşlı ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti