...

Sumqayıtda arvadını öldürən, qayınanasını isə yaralayan şəxs tutulub

Hadisə Materials 9 May 2022 12:27 (UTC +04:00)
Sumqayıtda arvadını öldürən, qayınanasını isə yaralayan şəxs tutulub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti