...

Prokurorluq Ağdamdakı partlayışla bağlı araşdırmalara başladı

Hadisə Materials 12 May 2022 17:21 (UTC +04:00)
Prokurorluq Ağdamdakı partlayışla bağlı araşdırmalara başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Ağdam prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti