...

Bakıda fəaliyyət göstərən narkoşəbəkə üzvünə 12 il cəza verildi

Hadisə Materials 2 İyun 2022 17:46 (UTC +04:00)
Bakıda fəaliyyət göstərən narkoşəbəkə üzvünə 12 il cəza verildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinaytlər Məhkəməsində narkotik vasitlərin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Kamal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K. Məmmədov 12 il azadlıqdan məhrum edilib.

İttihama görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakıda natrkoşəbəkə üzvü olan K. Məmmədov saxlanılıb.

Əməliyyat zamanı ondan külli miqdarda heroin, metamfetamin, ekstazi və metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, elektron tərəzi aşkar olunub.

Aparılan tədbirlərlə müəyyən edilib ki, o narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas fiqurlardan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti