...

Cəbrayılda ağır yol qəzası, ölən və yaralanan var

Hadisə Materials 10 İyun 2022 10:06 (UTC +04:00)
Cəbrayılda ağır yol qəzası, ölən və yaralanan var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəbrayıl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə iyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində baş verib.

Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdirilib.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti