...

Astarada dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 24 İyun 2022 12:15 (UTC +04:00)
Astarada dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Astara rayon sakinlərinin ünvanlı dövlət sosial yardımı düzəldəcəyi adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

Astara rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırmalarla Astara rayonu Ərçivan qəsəbə sakini 1998-ci il təvəllüdlü Baykal Yaqubovun ayrı-ayrı vətəndaşlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə işləyən tanışları vasitəsilə onlara ünvanlı dövlət sosial yardımı təyin etdirəcəyi barədə yalan vədlər verib həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif vaxtlarda ümumilikdə 2 min 550 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti