...

Xaçmazda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Hadisə Materials 13 İyul 2022 20:14 (UTC +04:00)
Xaçmazda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Bakı. Trend:

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

Nazirlikdən Trend-ə bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb.

Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti