...

Bakıda dəniz sahilində konteyner yanıb

Hadisə Materials 15 İyul 2022 11:57 (UTC +04:00)
Bakıda dəniz sahilində konteyner yanıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib. Xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın dəniz sahilində konteynerdə baş verib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti