...

Samuxda yanğın olub, 1 nəfər xəsarət alıb

Hadisə Materials 23 İyul 2022 15:48 (UTC +04:00)
Samuxda yanğın olub, 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Samuxda yanğın olub, 1 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Samux şəhərində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik, ümumi sahəsi 250 m² olan birmərtəbəli evin dəhlizinin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti