...

Xaçmazda zəncirvari qəza olub, iki nəfər ölüb

Hadisə Materials 29 İyul 2022 10:33 (UTC +04:00)
Xaçmazda zəncirvari qəza olub, iki nəfər ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda ölümlə nəticələnən ağır qəza olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 17 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Quba rayon sakini Zaur Quliyev idarə etdiyi “BMW” markalı avtomobili qarşıda gedən Xaçmaz şəhər sakini Cəlil Güləhmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə vurub və “Toyota” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Çarxı kənd sakini Q.Aydəmirovun idarə etdiyi “KamAZ” markalı avtomobilə dəyib.

Nəticədə C.Güləhmədov hadisə yerində, Z.Quliyev isə xəstəxanada ölüb.

Xaçmaz Rayon Polis öbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti