...

Şirvan sakininin evindən 1 kiloqrama yaxın heroin aşkarlanıb

Hadisə Materials 2 Avqust 2022 11:09 (UTC +04:00)
Şirvan sakininin evindən 1 kiloqrama yaxın heroin aşkarlanıb

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan şəhər sakini, əvvəllər də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş İlqar Umudov yaşadığı evin yaxınlığında saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm, yaşadığı evdən isə təmiz çəkisi 960 qram olan narkotik maddə - heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti