...

Qaradağda limanda gəmidə baş vermiş yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 2 Avqust 2022 23:55 (UTC +04:00)
Qaradağda limanda gəmidə baş vermiş yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən mlumata görə, gəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

22:05

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

XXX

21:01

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən mlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti