...

Nazirlik yaşıllıq ərazidə ağacların məhv edilməsi ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Hadisə Materials 3 Avqust 2022 17:48 (UTC +04:00)
Nazirlik yaşıllıq ərazidə ağacların məhv edilməsi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonu, ekologiya postunun yaxınlığındakı yaşıllıq ərazidə ağacların məhv edilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, ərazidə baş vermiş yanğınlar nəticəsində ağacların bir qismi məhv olub, bir qismi isə zədələnib və yaşıllığa dəymiş ziyan hesablanaraq FHN-in Əməliyyat İstintaq İdarəsinə göndərilib. Yanğınlar zamanı məhv olmuş ağacların əvəzində payız mövsümündə yeni ağaclar əkiləcək.

B.Məhəmmədov sözügedən ərazidə “Körpü-Bina-Tikinti” MMC tərəfindən tikinti işlərinin aparıldığını, lakin ağac kəsintisi faktının olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti