...

Qəbələdə meşəlik ərazidə yanğın başlayıb, helikopter cəlb olunub

Hadisə Materials 1 Sentyabr 2022 17:58 (UTC +04:00)
Qəbələdə meşəlik ərazidə yanğın başlayıb, helikopter cəlb olunub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə yanğınla mübarizə tədbirlərinə əlavə olaraq Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti