...

Şabranda minik, Biləsuvarda yük avtomobili yanıb

Hadisə Materials 2 Sentyabr 2022 08:18 (UTC +04:00)
Şabranda minik, Biləsuvarda yük avtomobili yanıb

Bakı. Trend:

Şabran şəhərində “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Biləsuvar şəhərində “HOWO” markalı yük avtomobilinin qoşqusunun 1 ədəd təkəri, üzərinə çəkilən örtüyün bir hissəsi və qoşquda olan 6 rulon şlanq qismən yanıb.

Qoşqunun, şlanqların qalan hissəsi və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti