...

Bakıda ana 1 yaşlı övladını zəhərləyib öldürdü

Hadisə Materials 12 Sentyabr 2022 10:15 (UTC +04:00)
Bakıda ana 1 yaşlı övladını zəhərləyib öldürdü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ana azyaşlı oğlunu zəhərləyərək qətlə yetirib.

Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən xəbərə görə, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti