...

5412 nəfər narkotik dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib

Hadisə Materials 16 Sentyabr 2022 10:53 (UTC +04:00)
5412 nəfər narkotik dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib

Bakı. Trend:

Bu ilin 8 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5412 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 60 nəfəri xarici ölkə vətəndaşıdır.

Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir.

Qeyd edilir ki, məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından 27-si İran İslam Respublikası, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olmuşdur.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 986 kq 995,565 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti