...

Qətl törədən şəxs məcburi müalicəyə göndərilib

Hadisə Materials 20 Sentyabr 2022 14:34 (UTC +04:00)
Qətl törədən şəxs məcburi müalicəyə göndərilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Rəhmanovun qətli törətdiyi vaxt anlaqsız olduğu müəyyən edilib və o 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, R.Rəhmanov 1994-cü il təvəllüdlü Cavad Allahverdiyevin ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

R.Rəhmanova qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti