...

Onlayn narkotik alverində təqsirləndirilən şəxsə 10 il cəza verildi

Hadisə Materials 22 Sentyabr 2022 12:45 (UTC +04:00)
Onlayn narkotik alverində təqsirləndirilən şəxsə 10 il cəza verildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Onlayn arkotik alverində təqsirləndirilərək həbs edilən Nicat Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxəs hökm oxunub.

Məhkəmənin hökmü ilə N. Bağırov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat zamanı onlayn narkotik satışı ilə məşğul olan Nicat Bağırov saxlanılıb. Ondan 3 kiloqram yaxın heroin, 341 qram marixuana, 158 qram metamfetamin, 17 qram həşiş, 1 ədəd elektron tərəzi, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 1 ədəd bank kartı və içərisində narkotiklərin satışı ilə bağlı qeydlər apardığı dəftər aşkar edilib.

Bağırov Nicat İlham oğlu 234.4.3 höküm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti