...

Gəncə sakini küçədə tanışının boğazını kəsib

Hadisə Materials 1 Oktyabr 2022 10:56 (UTC +04:00)
Gəncə sakini küçədə tanışının boğazını kəsib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncədə qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə oktyabrın 1-də saat 1 radələrində şəhər sakini Fuad Abdulhalimovun boyun nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bu əməlin Gəncə şəhər sakini Aftandil Kərimov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti