...

Gəncədə 46 yaşlı şəxs bıçaqlanaraq öldürülüb

Hadisə Materials 1 Oktyabr 2022 11:06 (UTC +04:00)
Gəncədə 46 yaşlı şəxs bıçaqlanaraq öldürülüb

Bakı. Trend:

Oktyabrın 1-i saat 01 radələrində Gəncə şəhəri ərazisində 1976-cı il təvəllüdlü Fuad Əbdülhəlimovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1977-ci il təvəllüdlü Aftandil Kərimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fuad Əbdülhəlimovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aftandil Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti