...

Keçmiş icra başçısının Polşadan Azərbaycana ekstradisiyası üçün sorğu göndərilib - Baş Prokurorluq

Hadisə Materials 5 Oktyabr 2022 13:45 (UTC +04:00)
Keçmiş icra başçısının Polşadan Azərbaycana ekstradisiyası üçün sorğu göndərilib - Baş Prokurorluq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb.

Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti