...

Motosikletlə narkotik daşıyan iki qardaş saxlanılıb (FOTO)

Hadisə Materials 6 Oktyabr 2022 14:11 (UTC +04:00)
Motosikletlə narkotik daşıyan iki qardaş saxlanılıb (FOTO)

Bakı. Trend:

Belə ki, ötən gün saat 01:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 12-ci kilometrliyində dövlət qeydiyyat nişansız, dəbilqəsiz və manevr qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü paytaxt sakini 1992-ci il təvəllüdlü Səmədli Siruz və onun qardaşı sərnişin qismində olan 1997-ci il təvəllüdlü Səmədli Xancan saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər iki şəxsin özünü şübhəli aparması və xüsusilə X.Səmədlinin əlindəki çantanı gizlətməsi sübhə doğurduğundan çantaya əməkdaşlar tərəfindən baxış keçirilib.

Çantaya baxış keçirilən zaman 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 258,305 qram olan heroin və 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 498,700 qram olan tiryək aşkarlanıb və maddi sübut kimi götürülüb.

Qardaşlar maddi sübutlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib və hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti