...

Zaqatalada toy karvanında qaydaları pozan sürücülər cərimələnib (FOTO)

Hadisə Materials 6 Oktyabr 2022 17:00 (UTC +04:00)
Zaqatalada toy karvanında qaydaları pozan sürücülər cərimələnib (FOTO)

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən nəzarət-yoxlama tədbirləri zamanı toy karvanında yol-hərəkəti qaydalarını davamlı olaraq pozan, eləcə də nəqliyyat vasitəsində əlavə konstruksiya dəyişikliyi edən sürücülər müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin sürücülərlə profilaktik söhbət aparılıb, bu kimi halların özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti