...

Qubada narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 1 nəfər saxlanılıb

Hadisə Materials 7 Oktyabr 2022 09:15 (UTC +04:00)
Qubada narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 1 nəfər saxlanılıb

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Səməd Pərvini saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də S.Pərvininin barəsində cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti