...

Zaqatalada ev, Tovuzda obyekt yanıb

Hadisə Materials 29 Oktyabr 2022 08:38 (UTC +04:00)
Zaqatalada ev, Tovuzda obyekt yanıb

Bakı. Trned:

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən şənbə günü Trend-ə bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Tovuz şəhərində ümumi sahəsi 220 m² olan birmərtəbəli obyektin (fəaliyyət göstərmir) yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti