...

Nərimanov rayonunda yanğın olub

Hadisə Materials 13 Noyabr 2022 08:54 (UTC +04:00)
Nərimanov rayonunda yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 130 m² olan kafenin içərisində 1 ədəd divan və divara quraşdırılan 3 ədəd elektrik sobası yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan 1 ədəd kondisionerin üzlüyü əriyib.

Kafe yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti