...

Lənkəranda 19 yaşlı gənc qətlə yetirildi

Hadisə Materials 18 Noyabr 2022 09:51 (UTC +04:00)
Lənkəranda 19 yaşlı gənc qətlə yetirildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda 19 yaşlı gənc qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosif Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti