...

Qəbələdə 10 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Hadisə Materials 19 Noyabr 2022 11:44 (UTC +04:00)
Qəbələdə 10 yaşlı qız dəm qazından zəhərlənərək ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dünən axşam saatlarında Qəbələ rayonunun Zarağan kəndində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü A.Rüstəmovanın dəm qazından zəhərlənərək ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayon polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
İlkin ehtimala görə, hadisə azyaşlı vanna otağında olarkən dəm qazından zəhərlənməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti