Bakı. Trend:
Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ağacları kəsən 2 nəfər rayon sakini saxlanılıb.
Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər verildiyi müəyyən olunub.
Hazırda faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.