...

Vətəndaşları aldadaraq külli miqdarda vəsait ələ keçirən şəxs saxlanılıb

Hadisə Materials 10 İyun 2025 16:12 (UTC +04:00)
Vətəndaşları aldadaraq külli miqdarda vəsait ələ keçirən şəxs saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Lənkəran şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edən 73 yaşlı qadın övladını guya həbsdən azad etdirmək vədi ilə aldadılaraq 22200 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.

Bildirilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək biri 40000 manat, digəri isə 6000 ABŞ dolları olmaqla ümumilikdə 72400 manat dəyərində vəsaiti ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti