Bakı. Trend:
Bakının Qaradağ və Yasamal rayonlarında oğurluq edən şəxslər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayon ərazisində yerləşən iki marketdən oğurluqlar edilib və nəticədə zərərçəkənlərə 1200 manata yaxın maddi ziyan vurulub.
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Yasamal rayonunda yerləşən evlərin birindən pul oğurlamaqda şübhəli bilinən 42 yaşlı V.Rzayev, 31 yaşlı T.Mənsimov və S.Mənsimov da saxlanılıblar.
Araşdırmalar aparılır.