...

Bakıda yaşayış binasının damında baş verən yanğın söndürülüb (VİDEO)

Hadisə Materials 14 Noyabr 2025 21:51 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olan kimi əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində doqquzmərtəbəli binanın dam örtüyündə başlayan yanğın genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın damında ümumi sahəsi 7 kv.m olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30 kv.m sahədə yanıb.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti