Nərimanov rayonunda “Opel” markalı avtomobil yanıb (VİDEO)

Hadisə Materials 24 May 2026 19:11 (UTC +04:00)
Nərimanov rayonunda “Opel” markalı avtomobil yanıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Opel” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Yüksək temperaturun təsirindən yaxınlıqda park edilmiş “Mercedes” markalı minik avtomobilinin bamperi deformasiya edib. Xəsarət alan olmayıb.

Avtomobillərin digər hissələri yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti