Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb (FOTO/VİDEO)

Hadisə Materials 9 İyun 2026 15:36 (UTC +04:00)
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Trend xəbər bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti