Bakı. Trend:
Bakının Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
