...

AZƏRBAYCANIN 20 RAYONUNDA SEL VƏ DAŞQINLARIN QARŞISININ ALINMASI ÜZRƏ LAYİHƏLƏRİN HƏYATA KEÇİRİLMƏSİ GÖZLƏNİLİR

Hadisə Materials 16 İyul 2005 12:49 (UTC +04:00)

İlin sonuna qədər Azərbaycanın 20 rayonunda sel və daşqınların qarşısının alınması üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə Trend agentliyinə Azərbaycanın Nazirlər Kabinetindən bildiriblər.

Layihələr Asiya İnkişaf Bankının ayırdığı 23 milyon dollar məbləğində güzəştli kredit vəsaitləri hesabına həyata keçiriləcək. Həmçinin 20 rayonda - dağ çaylarında və ovalıqlarda bəndlərin tikintisi və sahillərin bərkidilməsi üzrə işlərin aparılması nəzərdə tutulur.

Yaxın zamanlarda ekspertlər layihənin hazırlanmasına başlayacaqlar. Nazirlər kabinetindən veriən məlumata görə, Şəki rayonunun Şin çayı üzərində körpünün inşası başa çatıb. Bu layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən 8 mlrd manat ayrılıb. Bu vəsait hesabına həmçinin yol da salınıb.

Xəbər lenti

Xəbər lenti