...

AVQUSTUN 24-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 25 Avqust 2005 16:02 (UTC +04:00)

Avqustun 24-də daxili işlər orqanları tərəfindən 24 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 22-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 2 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti