...

28 AVQUSTA OLAN KRİMXRONİKA

Hadisə Materials 29 Avqust 2005 16:00 (UTC +04:00)

Avqustun 28-də daxili işlər orqanları tərəfindən 10 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 3-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.

Gün ərzində 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 18 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 8 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 14 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti