...

OKTYABRIN 10-AN OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 11 Oktyabr 2005 16:19 (UTC +04:00)

Oktyabrın 10-da daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 17-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9 nəfər həbs edilərək

istintaq orqanlarına təhvil verilib. Gün ərzində 5 yol-nəqliyyat hadisəsi baş verib. Həticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. 5 yanğın hadisəsi baş verib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 27 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti