...

OKTYABRIN 11-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 12 Oktyabr 2005 16:35 (UTC +04:00)

Oktyabrın 11-də daxili işlər orqanları tərəfindən 14 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 8-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. 3 yanğın hadisəsi baş verib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 15 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti