...

Hava limanı şossesindən 2 ədəd qumbara tapılıb

Hadisə Materials 17 Oktyabr 2005 16:08 (UTC +04:00)

Oktyabrın 17-də "Əzizbəyov" metrostansiyasından H.Əliyev adına Beynəlxalq Hava Limanına gedən yolda iki ədəd qumbara tapılıb. Bu faktı Trend ə Əzizbəyov rayon Polis İdarəsinin növbətçi hissəsindən də təsdiqləyiblər.

İki ədəd "F-1" tipli əl qumbarası polis əməkdaşları tərəfindən hava limanına gedən yolun sağ tərəfindəki ağaclıqdan tapılıb. Qumbaralar sellofana bükülü vəziyyətdə olub. Hazırda Əzizbəyov rayon Polis İdarəsində tapılmış qumbaralarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti